DMSA GROUP vakansiya: Mühendis Konstruktor axtarılır.
Mühəndis konstruktor vakansiyası! DMSA GROUP MMC, Bakı şəhərində 700 - 1000 AZN əmək haqqı ilə müvafiq sahədə 5 il təcrübəsi olan mexaniki avadanlıqlar üzrə konstruktor mühəndis axtarır. CV-lərinizi göndərin!
İşin Təsviri
- Layihələr üzrə araşdırmaların aparılması
- Qurğuların konstruktiv müayinə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması
- CAD proqramları vasitəsilə avadanlıqların və metal məmulatlarının 3D modellərinin hazırlanması
- Ümumi plan, yığım və detal cizgilərinin tərtibatı
- Kəsim planlarının və qaynaq hesabatlarının hazırlanması
- Konstruktiv cizgilər əsasında material sərfiyyatı cədvəlinin tərtibi
- Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi
- Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət
- Rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtibatı
İş Qrafiki
- Həftə içi 6 iş günü, saat 09:00-dan - 18:00-dək
- Əmək haqqı, təhsil, iş stajı və bacarıqlar nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Namizədə Tələblər
- Mexaniki avadanlıqlar üzrə konstruktor mühəndis
- Müvafiq sahə üzrə 5 il təcrübə
- Material sərfini hesablama bacarığı
- AutoCad, MS Office, Archicad, 3D Max (həmçinin 2D) və Photoshop proqramlarında yük səviyyəsində işləmək bacarığı
- Türkiyə Cumhuriyyətinə ezamiyyətə getmək imkanı olanlar müraciət etsin
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühəndis Konstruktor” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Telefon zəngi vasitəsi ilə heç bir məlumat verilmir!
What's Your Reaction?