DOĞTAŞ vakansiya: Satış Təmsilçisi axtarılır.
Satış təmsilçisi vakansiyası ilə əlaqədar iş təklifi. Mebel satışı sahəsində 1 il iş təcrübəsi olan, gülərüzlü, pozitiv və komandada işləmə bacarığına sahib namizədlər axtarılır. Əmək haqqı 600 AZN + bonus. Şəkilli CV-lə müraciət edin!
İş yeri: Bakı, Azərbaycan
Yaş: 18-38 yaş
Təhsil: Ali təhsil
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Bitmə tarixi: Dekabr 5, 2024
Əlaqədar şəxs: Ceyhun Tanbay
Telefon: (012) 374-36-44 / (012) 496-75-92
E-mail: [email protected]
İŞİN TƏSVİRİ:
- Mağazada satılan mebel məhsullarının müştərilərə təqdim edilməsi və satış prosesinin həyata keçirilməsi;
- Məhsulların satışı zamanı müştərilərə məsləhət verilməsi və onların ehtiyaclarına uyğun məhsul təklif olunması;
- Mağazadakı məhsulların nizamını qorumaq və vizual qaydalara uyğun işləmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək və satış sonrası xidmətlə bağlı bütün proseslərin izlənməsi;
- İş saatları: Həftənin 6 iş günü, saat 09:00-dan 20:00-dək;
- 1 gün istirahət günü;
- Əmək haqqı: 600 AZN + % Bonus.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- 18-35 yaş arası kişi və xanım namizədlər;
- Ali və ya orta təhsil;
- Etibarlı, məsuliyyətli, səliqəli və çevik;
- Mebel satışı sahəsində ən azı 1 illik iş təcrübəsi;
- İnandırma qabiliyyəti yüksək, gülərüzlü, pozitiv və insanlarla tez ünsiyyət qurabilən;
- Komandada işləmə bacarığına sahib;
- İşində müştəri məmnuniyyətini əsas prioritet olaraq görən;
- Rus dili bilikləri üstünlük təşkil edir;
- Kompüter proqramları (Word, Excel) bilikləri.
MÜRACİƏT:
CV-lərinizi şəkilli olaraq [email protected] ünvanına göndərərək müraciət edə bilərsiniz. Şəkilsiz CV-lərə baxılmayacaq.
What's Your Reaction?