Emsan vakansiya: Anbardar axtarılır.
Bakı şəhərində Anbardar vakansiyası elan edilib. Şirkət Emsan anbar işləri üçün ciddi, məsuliyyətli və diqqətli işçilər axtarır. İş təcrübəsi olan və MS Office biliklərinə sahib şəxslər müraciət edə bilərlər. Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək.
Vakansiyanın Təsviri:
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
- Malları anbara qəbul edərkən müvafiq sənədlər əsasında malların faktiki miqdarını və qablaşdırılmanın vəziyyətini yoxlamaq;
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
- Anbardan mal çıxışına nəzarət etmək;
- Anbarın iş fəaliyyəti və sifarişlərin icrasını sürətləndirmək məqsədilə işlərin elektron qaydada proqram üzərindən təmin edilməsi;
- Malların yüklənməsi/boşaldılması proseslərinə nəzarət etmək;
- Anbarın təmiz, səliqəli və nizamlı şəkildə saxlanılmasına nəzarət etmək.
Xüsusi Tələblər:
- Təhsil: Orta və ya Ali
- İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yaş: 22-35
- İş yeri: Bakı və Sumqayıt şəhərləri
- Cins: Kişi
- MS Office proqramı bilikləri
- Komandada işləmək bacarığı
- Ciddi, məsuliyyətli, punktual, diqqətli, fəal, ünsiyyətcil və çalışqan olmaq vacibdir.
Əmək haqqı:
Razılaşma yolu ilə
Müraciət:
Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini hr@emsan.com.az elektron ünvanına göndərə bilərlər.
What's Your Reaction?