Expressbank vakansiya: İnzibati şöbə, Anbar bölməsi, mütəxəssis.
Expressbank ASC, Bakı şəhərində anbar bölməsi üçün mütəxəssis vakansiyası təqdim edir. Ali təhsil, analoji sahədə təcrübə və Microsoft Office bilikləri ilə müraciət edin. Bizim üstünlüklərimiz arasında tibbi sığorta, təlimlər və peşəkar inkişaf imkanı var. Müraciət üçün son tarix: 10 dekabr 2024.
Təsvir: Mütəxəssis vəzifəsi çərçivəsində aşağıdakı vəzifələr icra ediləcək:
- Anbara daxil olan və çıxan malların siyahı üzrə düzgünlüyünün yoxlanılması;
- İmzalanmış müqavilələrə əsasən təchizatçılar tərəfindən təhvil verilən malların qəbul edilməsi və onların uçotunun aparılması;
- Qəbul olunmuş sifarişə əsasən malların ünvana çatdırılmasının təmin olunması;
- Dəftərxana və təsərrüfat mallarının təhcizatçıdan təhvil-təslim aktı əsasında qəbul olunması və filiallar arasında üzləşmənin (təhvil-təslim) həyata keçirilməsi;
- ATM və ÖT ehtiyat hissələrinin qeydiyyatının aparılması və servis olunmasına vasitəçilik edilməsi;
- Baş ofis və filiallarda servisə ehtiyac duyulan komputer avadanlıqlarının, pulsayan, dedektor, mikrofon, şreder və s. avadanlıqların servis olunmasına və katriclərin doldurulmasına vasitəçilik edilməsi;
- Göndərilən malların müvafiq struktur bölmə və filiallar ilə təhvil-təslim aktlarının yazılması.
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə təcrübə arzuolunandır;
- Microsoft Office proqramları üzrə istifadəçi səviyyəsində biliklər;
- Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabiliyyəti.
Vakansiya haqqında:
- Son tarix: 10 dekabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?