Expressbank vakansiya: Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)
Sumqayıt filialında Expressbank ASC tərəfindən təklif olunan Mikro Kredit Üzrə Kiçik Kredit Mütəxəssisi vakansiyası ilə bağlı ətraflı məlumat əldə edin.
Vəzifələr:
- Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir.
- Mikro kreditlər üzrə sifarişləri qəbul edir, bankın daxili prosedur və qaydalarına uyğun olaraq kreditlərin verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır.
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir.
- Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə təqdim edir.
- Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir.
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir.
- Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.
Tələblər:
- Ali təhsil.
- Təhliletmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti.
- Komandada işləmək bacarığı.
Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024 il.
What's Your Reaction?