Paşa Bank vakansiya: Kart Sistemləri üzrə Administrator.
Paşa Bank-da kart sistemləri üzrə administrator vakansiyası açıqdır. Kart sistemləri üzrə administrator olaraq, prosessing sistemləri və əlaqəli proqram təminatlarında problemləri həll etməli, ECOMM dəstəyini təmin etməli, və OS inzibatı tapşırıqlarını yerinə yetirməlisiniz.
Tələblər
Kart sistemləri üzrə administrator rolunda çalışmaq üçün aşağıdakı tələblərə cavab verməlisiniz:
- POS-Terminal cihazlarının işləmə prinsipi haqqında fundamental biliklər.
- EMV Chip və ISO 8583 protokolu haqqında biliklər.
- Şəbəkə və APİ işləmə prinsipi haqqında fundamental biliklər.
- Linux əməliyyat sistemində əsas anlayışlar.
- SELECT səviyyəsində SQL sorğulama dili bilikləri.
- VISA və MASTERCARD ödəmə sistemləri haqqında ümumi anlayış.
- Texniki sənədləri oxuyub anlayacaq, beynəlxalq ödəmə sistemləri və proqram təminatı vendoru ilə əlaqə yarada biləcək İngilis dili biliyi.
- Komandada işləmə, güclü ünsiyyət qurma və sistematik problemləri həll etmə bacarığı, analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti.
- Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə bakalavr təhsili.
- Minimum 1 il iş təcrübəsi.
Üstünlük
- Prosessing sahəsində iş təcrübəsi, xüsusilə TIETO proqram təminatı üzrə, Way4, Tsys, Compass Plus, SmartVista və digər proqram təminatları.
- Böyük həcmli loglar və data ilə işləmə prinsipləri.
- Proses avtomatlaşdırma və skripting üzrə təcrübə.
- Oracle verilənlər bazası idarəetməsi və Python üzrə ilkin biliklər.
Kart Sistemləri üzrə Administrator vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 21 oktyabr 2024 il.
What's Your Reaction?