Expressbank vakansiya: Müştərilərlə iş üzrə mütəxəssis (Qusar filialı).

Expressbank ASC Qusar filialı üçün "Müştərilərlə iş üzrə mütəxəssis" axtarır. Bank sektorunda çalışmaq, peşəkar təcrübə qazanmaq və müştərilərə dəstək olmaq üçün bu ideal iş imkanıdır.

Oct 5, 2024 - 10:54
Oct 5, 2024 - 11:03
 0
Expressbank vakansiya: Müştərilərlə iş üzrə mütəxəssis (Qusar filialı).
Expressbank vakansiya: Müştərilərlə iş üzrə mütəxəssis (Qusar filialı).

Vəzifə öhdəlikləri:

  • Filiala daxil olan müştərilərin bankın daxili qaydalarına uyğun qarşılanması;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və müvafiq xidmət masalarına yönləndirilməsi;
  • Müştərilərin müraciət və sorğularının cavablandırılması;
  • Filialda kargüzarlıq işlərinin təşkili;
  • Müştərilərə bank məhsulları haqqında məlumat verilməsi.

Vakansiya üçün tələblər:

  • Ali iqtisadi təhsil;
  • Məsuliyyətli və detallara diqqət yetirən olmaq;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti (Rus dili biliyi üstünlükdür).

Təklif olunan imtiyazlar:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Peşəkar və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

Əgər siz də müştəri xidməti sahəsində peşəkar inkişaf etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın və Expressbank ASC-nin Qusar filialına müraciət edin.

Son müraciət tarixi: 2 noyabr 2024
İş növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Müştərilərlə iş üzrə mütəxəssis (Qusar filialı) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow