Facility Management Group vakansiya: SƏTƏMM üzrə aparıcı mühəndis.

Facility Management Group Bakı şəhərində SƏTƏMM üzrə aparıcı mühəndis vakansiyası üçün müraciət qəbul edir. Ali təhsil, SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur. Könüllü tibbi siğorta və inkişaf proqramları mövcuddur.

Oct 16, 2024 - 13:14
Oct 16, 2024 - 13:16
 0
Facility Management Group vakansiya: SƏTƏMM üzrə aparıcı mühəndis.
Facility Management Group vakansiya: SƏTƏMM üzrə aparıcı mühəndis.

İş Təsviri

  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi: İcra ediləcək təlimlərin planlaşdırılması və gündəlik təlimlərin keçirilməsi.
  • Təlimatlandırmalar: Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi və təlimat jurnallarının yoxlanılması.
  • Hesabatlılıq: Həftəlik və aylıq keçirilmiş təlimlər barədə şöbə müdirinə hesabatların təqdim edilməsi.
  • Əməyin mühafizəsi: İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət.
  • Zədələnmələrin analizi: İş yerində zədələnmə səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlərin hazırlanması.
  • Sanitar texniki vəziyyətin yoxlanılması: İş yerlərində sanitar texniki vəziyyətin monitorinqi.
  • Təhlükəsizlik yoxlamaları: Binaların, qurğuların, və ventilyasiya sistemlərinin yoxlanılması.
  • Çirklənmənin qarşısının alınması: Ətraf mühitin çirklənməsinin qarşısını almaqda iştirak.
  • Təxliyyə planının hazırlanması: İşçilərə bu barədə təlimatların verilməsi.
  • İntizam qaydalarına riayət: Müəssisədaxili intizam qaydalarının pozulmamasını təmin etmək.
  • Hesabatların hazırlanması: Fəaliyyətlə bağlı mütəmadi hesabatlar hazırlayıb təqdim etmək.
  • Bədbəxt hadisələrin araşdırılması: İş yerində baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak.
  • Təhlükə mənbələrinin müəyyən edilməsi: İşçilərin sağlamlığına təhlükə yarada biləcək fəaliyyətlərin analiz edilməsi.
  • İş şəraitinin təftişi: Avadanlıqların yerli qanunvericiliyə uyğunluğunun təmin edilməsi.

Tələblər

  • Komanda ruhu: Yaxşı təşkilatçılıq, ünsiyyət və münasibətlərin qurulması bacarığı.
  • Təqdimat bacarığı: Təqdimat hazırlamaq və təqdimetmə bacarığı.
  • Hüquqi biliklər: Azərbaycan Respublikasının qanunvericiliyini bilmək (Əmək Məcəlləsi, SƏTƏMM sahəsində qanunlar və standartlar).
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri yaxşı.
  • Kompüter bacarıqları: Microsoft Office (Word, Excel, PowerPoint).

Tələb olunan Təhsil və İş Təcrübəsi

  • Ali təhsil.
  • Müvafiq sahədə minimum 3 il, Tikinti sahəsində 1 il iş təcrübəsi.

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük.
  • Könüllü tibbi siğorta.
  • İşçinin inkişafı üçün təlim və tədris proqramları.
  • Performansdan asılı olaraq bonuslar.

Müraciət

Müraciət etmək üçün son tarix: Noyabr 29, 2024.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow