Finca Bank vakansiya: Müştəri Əlaqələri üzrə İşçi ( Bakıxanov filialı).

FINCA Azerbaijan Bakıxanov filialı üçün Müştəri Əlaqələri üzrə İşçi vakansiyasına müraciət edin. Müştəri xidməti, kreditlə bağlı əməliyyatlar və yüksək keyfiyyətli müştəri xidmətləri sahəsində iş təcrübəsi ilə əməkdaş axtarılır. Detallar və müraciət üçün vakansiyanı indi yoxlayın!

Nov 5, 2024 - 15:37
Nov 5, 2024 - 15:39
 0
Finca Bank vakansiya: Müştəri Əlaqələri üzrə İşçi ( Bakıxanov filialı).
Finca Bank vakansiya: Müştəri Əlaqələri üzrə İşçi ( Bakıxanov filialı).

Vəzifənin əsas öhdəlikləri:

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək.
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini keyfiyyətləzamanında qəbul etmək.
  • Kreditlərin rəsmiləşdirilməsi və müştərilərə çatdırılma prosesinə dəstək vermək.
  • Filialın inzibati işlərini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə icra etmək.
  • Hesabatlar hazırlamaq və birbaşa menecerə təqdim etmək.
  • Təşkilat tərəfindən təşkil olunan tələb olunan təlimlər və seminarlarda iştirak etmək.
  • Filial və Baş Ofis departamentləri ilə effektiv əməkdaşlıq qurmaq.
  • İnzibati və struktur istiqamətli aidiyyatı işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər:

Namizəddən gözləntilərimiz aşağıdakılardır:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili.
  • Müştəri xidməti və ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi.
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə bacarığı.
  • Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır.
  • Məsuliyyətli və təşəbbüskar olmaq.
  • Yüksək ünsiyyət qurma bacarıqları.
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı.

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri və fikirləri şifahi və yazılı şəkildə dəqiq ifadə etmək bacarığı.

İmtiyazlar:

  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə və Bazar günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan 2 əlavə məzuniyyət günü.
  • Tibbi sığorta (işçini əhatə edir).
  • Həyat Yığım sığortasından istifadə imkanı.
  • Beynəlxalq peşəkar iş mühiti və inkişaf imkanları.

Son müraciət tarixi: 18 noyabr 2024

Vakansiya növü: Tam ştat

İş yeri: Bakıxanov, Bakı, Azərbaycan

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow