İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı UX/UI Dizayner.

Aparıcı UX/UI Dizayner vakansiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində! UX/UI dizaynı, istifadəçi təcrübəsi və interfeysi sahəsində təcrübəli mütəxəssislər axtarılır. Ətraflı məlumat və müraciət üçün elanımıza baxın.

Nov 16, 2024 - 10:24
Nov 16, 2024 - 10:29
 0
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı UX/UI Dizayner.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Aparıcı UX/UI Dizayner.

Vəzifə Təsviri:

  • Rəqəmsal hökumət məhsullarının istifadəçi interfeysi və təcrübəsinin dizaynı.
  • İstifadəçi təcrübəsi (UX) və interfeysi (UI) ilə bağlı vizual və interaktiv dizaynlar yaratmaq.
  • Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil edərək, məhsulun inkişafı üçün fərziyyələr formalaşdırmaq və yoxlamaq.
  • İstifadəçi fikirlərini anketlər, müsahibələr və fokus qrupları ilə toplamaq, məhsulun inkişafını istiqamətləndirmək.
  • İstifadəçi axınlarını (User Flow) tərtib etmək və test etmək.
  • İnformasiya arxitekturasını hazırlamaq və istifadəçi təcrübəsini təkmilləşdirmək üçün tədbirlər görmək.
  • Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing) və nəticələri komandaya təqdim etmək.
  • Dizayn sistemi komponentlərindən istifadə edərək yeni komponentlərin yaradılmasında təkliflər vermək.
  • Məhsul inkişafı zamanı komanda üzvləri ilə sıx əməkdaşlıq edərək istifadəçiyə mükəmməl təcrübə təqdim etmək.
  • Komanda üzvləri ilə bilik və bacarıqları paylaşaraq rəqəmsal dizayn həlləri yaratmaq.

Tələblər:

  • UX/UI dizaynı sahəsində ən azı 3 il təcrübə.
  • Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasında təcrübə.
  • Məhsulun funksionallıq göstəricilərini təyin etmək və izləmək bacarığı.
  • İstifadəçi testlərinin keçirilməsi və istifadəçi davranışlarını analiz etmək bacarığı.
  • Dizayn həllərini data əsaslı (Data-driven) qərar verərək hazırlamaq.
  • Komanda ilə əməkdaşlıq edərək istifadəçi təcrübəsini artırmağa yönəlik iş təcrübəsi.
  • Dizayn sistemi və komponentlərin istifadəsi üzrə nəzəri və praktik biliklər.
  • Agile metodologiyası üzrə bilik və təcrübə.
  • Figma, Maze, Hotjar, Jira və Confluence kimi dizayn alətlərində təcrübə.
  • Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi.
  • Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq yanaşma.
  • Front-end proqramlaşdırma bilikləri (HTML, CSS) üstünlükdür.
  • İngilis dili üzrə minimum "Intermediate" səviyyəsi.

Bizimlə işləmək üçün üstünlüklər:

  • Yüksək əmək haqqı və peşəkar inkişaf imkanları.
  • Dinamik və yaradıcı iş mühiti.
  • Müxtəlif rəqəmsal dizayn layihələrində iştirak imkanı.
  • Təcrübəli komanda üzvləri ilə işləmək və biliklərinizi bölüşmək imkanı.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow