İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Monitorinq və Hesabatlıq üzrə Aparıcı mütəxəssis.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Monitorinq və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis vakansiyasına işçi axtarır. Dövlət proqramları, hesabatlar və strateji yol xəritələri üzrə təcrübəli mütəxəssislər üçün ideal fürsət. Müraciət tarixi: 24 dekabr 2024.

Nov 15, 2024 - 12:20
Nov 15, 2024 - 12:22
 0
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Monitorinq və Hesabatlıq üzrə Aparıcı mütəxəssis.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Monitorinq və Hesabatlıq üzrə Aparıcı mütəxəssis.

İşin Təsviri

  • Strateji yol xəritələri, dövlət proqramları, fərman və sərəncamlar üzrə Agentliyə həvalə edilmiş tapşırıqların monitorinqi və qiymətləndirilməsi ilə bağlı dövri hesabatların hazırlanması;
  • Hesabatların hazırlanmasını planlaşdırmaq və müvafiq məlumat bazasının hazırlanmasında iştirak etmək;
  • Hesabatlar üçün müvafiq sorğuların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Sorğular əsasında daxil olmuş məlumatların təhlili, ehtiyac duyulduqda aidiyyəti struktur bölmələrinə tövsiyələrin verilməsi;
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Dövlət qurumlarına təqdim edilməli olan digər dövri olmayan hesabatların hazırlanmasında iştirak etmək;
  • Agentliyin struktur bölmələrindən və digər dövlət qurumlarından daxil olan sorğuların koordinasiyası və cavablandırılması;
  • Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, lazımi məlumatları hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Şöbənin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq təkliflər vermək.

Tələblər

Bu vəzifə üçün tələb olunan bacarıqlartəcrübə aşağıdakılardır:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili və digər aidiyyəti sahələr üzrə);
  • Dövlət qurumlarında ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • MS Office proqramları, xüsusilə Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Təşəbbüskarlıq və güclü analitik bacarıqlar;
  • İngilis dilirus dili biliyi üstünlük təşkil edir.

Vakansiya haqqında Ümumi Məlumatlar

  • Vəzifə: Monitorinq və Hesabatlıq üzrə Aparıcı Mütəxəssis
  • İş yeri: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, 89 Atatürk prospekti, Bakı 1000, Azərbaycan
  • İş növü: Tam ştat
  • Son müraciət tarixi: 24 dekabr 2024
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow