İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Texnik-operator.
Texnik-operator vakansiyası üçün müraciət edin! İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İT avadanlıqları ilə işləmə, problemlərin həlli və hesabatların hazırlanması üzrə peşəkar axtarılır. Əməkdaşlarla ünsiyyət, texniki biliklər və komandada işləmək bacarıqları tələb olunur.
Təsvir:
- Daxili və internet şəbəkəsində işin aparılması;
- İT avadanlıqlarda yaranmış problemlərin analizi və prosedur qaydalara uyğun olaraq həll olunması;
- Əməkdaşlar tərəfindən yaradılmış tapşırıqların araşdırılması və aidiyyəti struktur bölməyə müraciət edilməsi;
- Qurumlardan toplanmış məlumatların araşdırılması və əməkdaşlara izah olunması;
- Sadə və xüsusi növ hesabatların yığılması və sistemə yerləşdirilməsi;
- Hesabatlara əlavələrin edilməsi və səhvlərə düzəlişlərin edilməsi;
- Fayllarla işin aparılması (daxil edilmiş verilənlərin yaddaşda saxlanılması, ekrana çağırılması, silinməsi və s.);
- Monitorinq sisteminə müşahidə aparılması;
- Şöbə müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- İT avadanlıqlar barədə biliklər;
- İT dəstəyi və HelpDesk işi barəsində biliklər;
- MS Office proqramlarında işləmək bacarıqları;
- Texniki problemlərin diaqnostikası və həlli bacarığı;
- Optimal həllər və innovasiyaları tətbiq etmək bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Nəzakətli və diqqətli davranış bacarıqları;
- Tapşırıqları effektiv şəkildə icra etmək bacarığı;
- Məsuliyyət və təşəbbüskarlıq;
- Əməliyyat və komandada işləmək bacarığı;
- Təhsil və ya sertifikatların olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis və ya rus dili – üstünlükdür.
Son tarix:
Dekabr 11, 2024
Vakansiya növü:
Tam ştat
Kateqoriya:
Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?