İnvest Home vakansiya: Satış Meneceri axtarılır.
"İnvest Home" şirkətində satış meneceri vakansiyası. Ali təhsilli, müştəri ilə yüksək ünsiyyət bacarığına malik və satış sahəsində təcrübəsi olan şəxslər üçün ideal iş imkanı.
İş barədə məlumat:
- Şirkətimizlə əməkdaşlıq edən və etmək istəyən müştərilərimizə yüksək xidmət göstəririk. Satış menecerinin əsas məqsədi müştərilərin istəklərinə uyğun məlumatı tapmaq, təklif etmək və satmaqdır.
- Şirkətin elektron məlumat bazası və digər mənbələr vasitəsilə yeni müştərilər əldə edilir. Eyni zamanda, əldə olunan əmlak məlumatlarının çəkilişi, reklam xarakterli tədbirlərinin görülməsi və müştəri auditoriyasına təqdim edilməsi vacibdir.
- Müştərilərə uyğun əmlakı tapmaq, təklif etmək, yerində əmlaka baxış keçirmək, əmlakın satışı (icarəsi) üçün lazımı danışıqların aparılması, sənədlərinin yoxlanılması və satışını (icarəsini) həyata keçirilməsi iş prosesinin əsas hissəsini təşkil edir.
- 7-10 gün müddətində sınaq müddəti keçirilir və iş prosesi öyrədilir. İş vaxtı: Həftənin 6 günü, saat 10:00-dan 19:00-dək, 13:00-dan 14:00-dək nahar fasiləsi.
- Əmək haqqı: Faiz sistemidir. Görülən işin 50 faizi ilə işlənilir.
- Ünvan: Xətai rayonu (Xətai metrosunun yaxınlığında Rusel Plaza) Babək pr. 10b.
Namizədə tələblər:
- Vakansiyamıza müraciət edən xanımlar və cənablar. Yaş həddi: 18 yaşdan yuxarı, özünə satış sahəsində nailiyyət əldə edə biləcəyini düşünən şəxslər.
- Kompüterlə sərbəst işləmə bacarığı.
- Yüksək təqdimat bacarığı.
- Müştərilərlə yüksək ünsiyyət qabiliyyəti.
- Kollektivlə işləmə bacarığı.
- İşində dəqiq və məsuliyyətli olmalı.
- Satış sahəsində bacarıqlı olmalıdır.
- Xarici dil ingilis və ya rus dili biliyinin olması respublikamızda yaşayan xarici vətəndaşlara xidmət üçün arzu olunandır.
- Daşınmaz əmlak sahəsində məlumatının olması arzuolunandır.
- Bakı şəhərinin hər hansısa bir ərazisini yüksək səviyyədə tanımalıdır.
Əlaqə:
- Əlaqədar şəxs: Novruz Hüseynov
- Telefon: (055) 222-41-20
- E-mail: [email protected]
What's Your Reaction?