İTV vakansiya: Müştərilərlə əlaqələr üzrə mütəxəssis.
İctimai Televiziya və Radio Yayımları Şirkəti müştərilərlə əlaqələr üzrə mütəxəssis axtarır. Ali təhsil, müvafiq iş təcrübəsi, müştəri məmnuniyyəti, və kommunikasiya bacarıqları tələb olunur.
Təsvir
Müştərilərlə əlaqələr üzrə mütəxəssis vəzifəsi çərçivəsində siz aşağıdakı vəzifələri icra edəcəksiniz:
- Cari və yeni müştərilər və agentliklərlə əməkdaşlığın müşayiəti;
- Gələn sorğuların emalı və müştəri tələblərinə uyğun məsləhətlərin verilməsi;
- Sifarişlərin işlənməsi: media planlarının qəbulu və yerləşdirilməsi, kampaniya gedişatının izlənməsi, ara və yekun statistikanın hazırlanması;
- Proqram şəbəkəsinin yaradılması və qiymət cədvəllərinin yenilənməsi;
- Mübahisəli məsələlərin həlli üçün xarici və daxili kommunikasiyaların idarə edilməsi.
Tələblər
- Psixologiya, Biznes və oxşar sahələrdə ali təhsil;
- Müvafiq sahədə 1 ilədək iş təcrübəsi;
- Reklam bazarının strukturu və GRP, CPP haqqında ümumi anlayış;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Empatiya qurma bacarığı;
- Aktiv həyat mövqeyi və pozitiv enerji;
- Müştəriyönümlülük və işgüzar etika qaydalarına riayət etmək;
- Məsələləri məntiqli və strukturlaşdırılmış şəkildə təqdim etmək bacarığı;
- Azərbaycan və Rus dillərində səlis danışmaq.
Vakansiya haqqında
Son müraciət tarixi: Oktyabr 30, 2024
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
What's Your Reaction?