Kapital Bank vakansiya: Kredit risklərinin təhlili departamenti KOS kreditlərin təhlili şöbəsində təcrübəçi.

Kapital Bank, Kredit Risklərinin Təhlili Departamentində KOS Kreditlərin Təhlili Şöbəsində təcrübəçi axtarır. Ətraflı məlumat və müraciət üçün əlaqə məlumatları verilmişdir.

Sep 4, 2024 - 11:38
Sep 4, 2024 - 12:13
 0
Kapital Bank vakansiya: Kredit risklərinin təhlili departamenti KOS kreditlərin təhlili şöbəsində təcrübəçi.
Kapital Bank vakansiya: Kredit risklərinin təhlili departamenti KOS kreditlərin təhlili şöbəsində təcrübəçi.

Bizimlə İşləməyin Üstünlükləri

  • Multikultural Mühit: Xarici həmkarlarımızın fikirləri və təcrübələri dəyərləndirilir, açıqlıq və inklüzivliyə önəm verilir.
  • Rəqabətli Əmək Haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım İmkanları: Peşəkar inkişaf üçün aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları.
  • Çevik İş Formatı: Məsafədən və ofis işinin kombinasiyası.
  • Rahat və Gözəl Ofis: Xoş və maraqlı ofis mühiti.
  • Qeyri-Rəsmi Geyim: Rahat geyim və fərdi üslub.

Öhdəliklər

  • KOS və korporativ müştərilərin maliyyə və biznes təhlilini aparmaq.
  • Kreditləşmə, sənədli əməliyyatların aparılması, restrukturizasiya və şərtlərinə əlavə və dəyişikliklərin edilməsi.
  • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq.
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili normativ qaydaların qorunmasına nəzarət.
  • Rəhbərlik tərəfindən verilən digər öhdəlikləri icra etmək.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq, Menecment və s. ixtisaslar üzrə arzu olunur).
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.
  • Maliyyə hesabatları üzrə ümumi biliklər.
  • Məsuliyyətlilik və detallara diqqət.
  • Yüksək ünsiyyətqurma qabiliyyəti.
  • Komandada işləmə bacarığı.

Kredit risklərinin təhlili departamenti KOS kreditlərin təhlili şöbəsində təcrübəçi vakansiyası ilə maraqlananlar CV-lərini Kapital Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 1 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow