QAFQAZNET vakansiya: Satış Meneceri axtarılır.
QAFQAZNET şirkətində satış meneceri vakansiyası. Korporativ müştərilərlə əlaqələr qurmaq, müştəri bazasını artırmaq və satış hədəflərinə çatmaq üçün axtarışdayıq. Müraciət edin!
Vəzifə Öhdəlikləri
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarını tanıtmaq və yeni müştərilər tapmaq.
- Müştərilərdə məmnunluq dərəcəsini müəyyən edərək analiz aparmaq və rəhbərliyə təkliflər bildirmək.
- Bazar araşdırması apararaq müştəri tələbatlarını öyrənmək.
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirərək satışın təşkili.
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun fəaliyyət göstərmək.
- Müştəri bazasını artırmaq və yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək.
- Görülən işlərə dair gündəlik və aylıq hesabatları rəhbərə təqdim etmək.
İş Yeri və Rejimi
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00
Müraciət
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Satış üzrə Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq).
- Korporativ satışlar üzrə minimum 3 il təcrübə (İT avadanlıq və xidmətlər sahəsində təcrübə üstünlükdür).
- Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir.
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar, İngilis dili – arzuolunandır.
- MS Office (Excel, Word, Outlook) proqramlarında yüksək səviyyədə istifadə bacarığı.
- Mükəmməl şifahi və yazılı ünsiyyət, inandırma bacarığı.
- Hədəfləri vaxtında yerinə yetirmək bacarığı.
- Müstəqil və səmərəli işləmə bacarığı.
- İnkişaf meyli, intizamlı və məsuliyyətli yanaşma.
- Satışın və bazarın analizini aparmaq bacarığı.
Son Tarix
Müraciət üçün son tarix: Dekabr 1, 2024.
What's Your Reaction?