Kontakt Home vakansiya: Aparıcı Kassir (Olivia).
“Olivia” Beauty & Care, aparıcı kassir vəzifəsi üçün işçi axtarır. Bakıdakı multibrend mağaza şəbəkəsində müştəri məmnuniyyətini artırmaq və pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün kassir axtarılır.
İş Şəraiti
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- Şirkət daxili təlimlər.
Tələblər
- Natamam ali təhsil (Ali təhsil arzu olunandır);
- Baş kassir və ya aparıcı kassir kimi minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı);
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
“Olivia” Beauty & Care Haqqında
“Olivia” Beauty & Care, geniş assortimentli məhsulları təqdim edən, Türkiyə, İtaliya, Polşa, Belarus və digər ölkələrdən tanınmış və eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada qadın, kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar mövcuddur.
Vakansiya Haqqında Məlumat
Son tarix: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Əmək haqqı: 600 - 650 AZN
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?