Kontakt Home vakansiya: Daxili audit üzrə mütəxəssis.

Kontakt Home şirkətində daxili audit üzrə mütəxəssis və ya aparıcı mütəxəssis vakansiyası. Daxili audit, mühasibat uçotu, maliyyə hesabatları və daxili nəzarət prosedurları ilə bağlı iş imkanı. Analitik düşüncə və müvafiq sahə üzrə biliklər tələb olunur.

Nov 25, 2024 - 11:53
Nov 25, 2024 - 11:55
 0
Kontakt Home vakansiya: Daxili audit üzrə mütəxəssis.
Kontakt Home vakansiya: Daxili audit üzrə mütəxəssis.

Əsas Vəzifələr:

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
  • Mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması;
  • Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi və risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi və daxili audit hesabatlarının hazırlanması;
  • Yekunlaşdırılmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
  • Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

İş Şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Qeyd: Daxili audit üzrə mütəxəssis və Daxili audit üzrə aparıcı mütəxəssis vakansiyalarının hər ikisi aktivdir.

Tələblər:

  • Ali təhsil;
  • Maliyyə hesabatları üzrə biliklər;
  • ACCA, CIA və digər beynəlxalq peşəkar sertifikatlar üstünlük təşkil edir;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə bacarıq (Word, Excel, Outlook);
  • Datanın emal edilməsi və strukturlaşdırılması bacarığı;
  • Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow