Kontakt Home vakansiya: Kassir - part time (Olivia -Kosmetika və baxım).

Olivia Beauty & Care mağazasına Kassir axtarılır. Part-time iş, 15:00-20:00 saatları arasında işləyəcək, mühasibat sahəsində təcrübəli və müştəri xidmətinə önəm verən şəxslər üçün mükəmməl fürsət. İstifadəçilərə nağd və nağdsız ödənişlərdə kömək edəcək şəxslər axtarılır. Müraciət üçün son tarix 29 noyabr 2024.

Nov 23, 2024 - 14:16
Nov 23, 2024 - 14:19
 0
Kontakt Home vakansiya: Kassir - part time (Olivia -Kosmetika və baxım).
Kontakt Home vakansiya: Kassir - part time (Olivia -Kosmetika və baxım).

İşin Təsviri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi.
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarət edilməsi və müvafiq hesabatların aparılması.
  • Nağd və nağdsız pul vəsaitlərinin təhlükəsiz şəkildə saxlanılması və müvafiq struktur əməkdaşlarına təhvil verilməsi.
  • Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldilməsi.
  • Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinə məlumat verilməsi.

İş Şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş günləri: Günün 2-ci yarısında, part-time, 15:00-20:00. 1 gün istirahət.
  • Şirkət daxili təlimlər.

Tələblər:

  • Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır).
  • Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi.
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzuolunandır.
  • Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı).
  • Aktivlik, çeviklik, ünsiyyətçilik və məsuliyyətlilik.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow