Kontakt Home vakansiya: Kassir (Sumqayıt).
Kassir vakansiyası - Kontakt Home, Sumqayıt. Ödənişlərin qəbul edilməsi, kassa əməliyyatları, gündəlik satışların sənədləşdirilməsi və nəzarət. Namizədlər üçün ali təhsil və kassir vəzifəsində iş təcrübəsi arzuolunandır.
Vəzifə öhdəlikləri
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və müvafiq əməliyyatların həyata keçirilməsi;
- Gündəlik satış məbləğlərini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin və sənədlərin izlənməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılması və təhvil verilməsi;
- Müştəri suallarının cavablandırılması və lazımi yönləndirmələrin edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dili bilikləri üstünlükdür;
- Nağd ödənişlər üçün sadə riyazi biliklər;
- Müxtəlif kassa aparatları və iş mexanizmləri üzrə bilik;
- Microsoft Office proqramları ilə işləmə bacarığı;
- İşdə dəqiqlik, məsuliyyət və dürüstlük.
Qeyd: Vakansiyaya uyğun müraciətlər dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya haqqında
- Son müraciət tarixi: 30 sentyabr 2024
- İş növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Kassir (Sumqayıt) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?