Kontakt Home vakansiya: Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis.
Kontakt Home şirkətində Korporativ Kommunikasiya Layihələri üzrə Mütəxəssis vakansiyası. Daxili və xarici kommunikasiya strategiyalarının hazırlanması, media ilə əlaqələrin qurulması, PR layihələrinin idarə edilməsi və sosial məsuliyyət layihələri üzrə təcrübə axtarılır. Müraciət üçün son tarix noyabr 29, 2024.
Təsvir
- Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun olaraq hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi.
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi və yazılması.
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi.
- Böhran kommunikasiyalarının effektiv idarə edilməsi.
- Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak.
- Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq layihələrin hazırlanması və icrası.
- PR layihələrinin büdcələndirilməsi, hesabatlılığın aparılması.
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun sosial layihələrin təşkili və idarə edilməsi.
- Mətbuat konfransları, brifinqlər, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi.
- Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi.
- Podratçı şirkətlərlə əlaqələrin qurulması və idarə edilməsi.
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
İş Şəraiti
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
- Vakansiya xarakteri: əvəzləmə (minimum 1 il)
Tələblər
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə).
- Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür.
- Mükəmməl yazılı və şifahi kommunikasiya, təqdimat bacarıqları, detallara diqqət.
- Sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Korporativ brendinq, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları üzrə dərin biliklər.
- Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə.
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
Son tarix
- Müraciət üçün son tarix: noyabr 29, 2024
Kateqoriya
- Dövlət və sosial xidmətlər
What's Your Reaction?