Kontakt Home vakansiya: Layihə meneceri axtarılır.

Layihə meneceri vakansiyası Kontakt Home-da! Ali təhsil, İT sahəsində minimum 3 il iş təcrübəsi, Agile metodologiyaları və analitik alətlərlə təcrübə tələb olunur.

Oct 10, 2024 - 12:24
Oct 10, 2024 - 12:26
 0
Kontakt Home vakansiya: Layihə meneceri axtarılır.
Kontakt Home vakansiya: Layihə meneceri axtarılır.

Təsvir

Layihə meneceri olaraq, siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə uyğun olaraq layihənin idarə edilməsi.
  • Layihənin iş planının hazırlanması, koordinasiyası və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi.
  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi və təsdiqi.
  • Layihə performansının, həcminin, qrafikinin və xərclərinin müvafiq sistem vasitəsi ilə ölçülməsi.
  • Risklərin idarə edilməsi və layihə risklərinin azaldılması.
  • Layihə ilə bağlı sənədləşmənin aparılması.
  • Proseslərin və göstəricilərin analiz edilməsi, yeni təkliflərin irəlilədilməsi.
  • Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi.
  • Partnyorlarla iş və ortaq layihələrin idarə edilməsi.
  • Layihənin icrası ilə bağlı departamentlər və şöbələrlə əlaqələrin yaradılması.
  • Keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi.
  • Dövrü hesabatların hazırlanması və struktur rəhbərinə təqdim olunması.

İş haqqında məlumat

  • İş günləri: I-V günlər
  • İş saatı: 09:00-18:00

Tələblər

  • Ali təhsil.
  • Azərbaycan və rus dillərində səlis, ingilis dilində yaxşı səviyyədə ünsiyyət qurma bacarığı.
  • Layihə meneceri (İT sahəsi) olaraq minimum 3 il iş təcrübəsi (elektron kommersiya platformaları ilə iş təcrübəsi üstünlükdür).
  • Proqram təminatının işlənməsinin həyat dövrü və layihənin idarə edilməsi metodologiyaları (Agile, Scrum, Kanban) haqqında dərin anlayış.
  • Rəqəmsal marketinq prinsipləri, SEO, SEM, məzmun marketinqi, SMM və e-poçt marketinqi bilikləri üstünlükdür.
  • Layihənin məhsuldarlığını artırmaq üçün prosesləri təhlil etmək və optimallaşdırmaq bacarığı.
  • UX/UI dizaynının əsaslarını başa düşmək.
  • Veb proqramların hazırlanması sahəsində müasir texnologiyalar haqqında biliklər.
  • Jira, Trello və ya oxşar layihə idarəetmə sistemləri ilə təcrübə.
  • Google Analytics və digər analitik alətlərdən istifadə bacarığı.
  • A/B testi və CRO üçün alətlər üzrə biliklər.
  • Confluence, Slack və başqaları ilə işləmə bacarığı.
  • Microsoft Office və Google Workspace-də, xüsusilə Excel və Google Sheets-də işləmə bacarığı.
  • Mükəmməl ünsiyyət bacarıqları.
  • Çarpaz funksional komandaları və layihələri idarə etmə bacarığı.
  • Tez qərar qəbul etmək və problemləri həll etmək bacarığı.

Vakansiya haqqında

  • Son tarix: Oktyabr 30, 2024
  • Əmək haqqı: 2500 - 2800 AZN

https://jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-layihe-meneceri-971/apply müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow