Kontakt Home vakansiya: Naxçıvan fillialına Mağaza rəhbəri axtarılır.
Naxçıvanda Mağaza Rəhbəri axtarılır! Əgər siz mağaza idarəçiliyi sahəsində təcrübəlisinizsə və mükəmməl rəhbərlik bacarıqlarına sahibsinizsə, bu vakansiya sizin üçündür.
İş təsviri:
- Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət etmək.
- Mağaza işçilərinin vəzifə təlimatına uyğun iş icrasını, daxili intizam qaydalarını və iş keyfiyyətini nəzarətdə saxlamaq.
- Mağaza məhsul qalığının mütəmadi olaraq yoxlanılmasını təmin etmək.
- Struktur bölmələrdən gələn müraciətləri araşdırmaq və cavablandırmaq.
- İstifadəyə yararsız, itmiş və xarab olmuş məhsulların aktlaşdırılmasını və müvafiq struktur bölmələrə bildirilməsini həyata keçirmək.
- Müştəri məmnuniyyətinin qorunmasına dair tədbirlər görmək.
- Mağazanın təmizliyini, səliqəsini və təhlükəsizlik tədbirlərini təmin etmək.
- Məhsul stendlərinin məhsullarla təmin olunmasını nəzarətdə saxlamaq.
Tələblər:
- Ali təhsil.
- Rəhbərlik vəzifəsində ən azı 1 il iş təcrübəsi (mütləqdir).
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür.
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı.
- 1C proqramında işləmə bacarığı arzu olunandır.
- Liderlik xüsusiyyətləri.
- Problemləri həll etmə bacarığı.
- Nəticə yönümlülük.
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı.
- Komandada işləmək bacarığı.
Naxçıvan fillialına Mağaza rəhbəri vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 oktyabr 2024 il.
What's Your Reaction?