Kontakt Home vakansiya: Naxçıvan fillialına Satış Məsləhətçisi axtarılır.
Naxçıvanda Satış Məsləhətçisi vakansiyası! Kontakt Home şirkətində müştəri xidmətləri və satış sahəsində işləmək üçün müraciət edin. İş şəraiti, təlim və inkişaf imkanları haqqında ətraflı məlumat burada. Satış qabiliyyəti olan aktiv və ünsiyyətcil namizədləri gözləyirik!
Əsas vəzifələr:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq şəkildə yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tətbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi və məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Tələblər:
- Azərbaycan dilini səlis bilmək, rus dili arzu olunandır;
- Satış təcrübəsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Satış qabiliyyəti.
Naxçıvan fillialına Satış Məsləhətçisi vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.
What's Your Reaction?