Kontakt Home vakansiya: Satış nümayəndəsi (Promoter - Oppo brendi).
"Kontakt Home" şirkəti "Satış nümayəndəsi" (Promoter - Oppo brendi) vakansiyası üçün namizədləri dəvət edir. Bakı şəhərində tam ştat üzrə açıq olan bu vəzifəyə orta təhsilli, satış təcrübəsinə malik şəxslər müraciət edə bilər.
İş Təsviri:
- Mağazada masa, stend kimi nümayiş sahəsinin qurulması və səliqəli saxlanması.
- Mağazaya daxil olan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi.
- Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi.
- Satış və anbar qalığına nəzarət edilməsi.
- Zəruri hallarda məhsul və ya xidmət barədə məlumatı paylaşmaq üçün videolar və slayd şouları kimi interaktiv materiallardan istifadə edilməsi.
- Müştərilərin maraq səviyyələrini, verilən sualları, satılan və müxtəlif tədbirlərdə paylanan məhsulların sayını əks etdirən hesabatların hazırlanması.
- Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.
İş Şəraiti:
- İş qrafiki: I-VI günlər.
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər:
- Orta təhsil, ali təhsil arzu olunandır.
- Səlis azərbaycan dili biliyi və rus dili biliyi arzuolunandır.
- Promoter olaraq və ya rəqəmsal məhsulların satışında iş təcrübəsi mütləqdir.
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
- Satış etmə bacarığı.
Satış nümayəndəsi (Promoter - Oppo brendi) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 noyabr 2024 il.
What's Your Reaction?