LANDAU School vakansiya: 1C proqramı üzrə operator.
1C proqramı üzrə operator vakansiyası üçün müraciət edin. LANDAU School, 1C proqramında işləmə bacarığı olan, detallara diqqət yetirən və komanda ilə işləməyi sevən namizədləri axtarır.
Vəzifə öhdəlikləri:
- 1C proqramı üzrə müvafiq əməliyyatların həyata keçirilməsi;
- 1C proqramına müvafiq məlumatların daxil edilməsi;
- Malların inventarlaşmasında iştirak etmək;
- Malların anbarlar arası hərəkətinə nəzarət etmək;
- Alış sənədlərinin sistemə daxil edilməsi;
- Mühasibatlıq üçün hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- 1C proqramında işləmə bacarığı;
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dilləri arzuolunandır;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Detallara diqqət yetirmək, məsuliyyətli və nəticəyə yönümlü olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.
Bizim təkliflərimiz:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00 (həftədə 5 gün);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Uşaqlar üçün məktəb endirimləri.
1C proqramı üzrə operator vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?