LANDAU School vakansiya: Hesabatlılıq üzrə mütəxəssis.
LANDAU School Bakı şəhərində “hesabatlılıq üzrə mütəxəssis” vakansiyası elan edir. Microsoft Excel üzrə peşəkarlar axtarırıq. Karyera imkanlarınızı artırın, müraciət edin!
İşin Məsuliyyətləri
- Microsoft Excel proqram təminatı ilə proseslərin avtomatlaşdırılması üçün müxtəlif modellərin qurulması.
- Şirkət daxilində əməkdaşların sorğularına əsaslanaraq müvafiq hesabatların hazırlanması.
- Dataların keyfiyyətinin yoxlanılması, emalı və təqdim edilməsi.
- Şöbənin bütün formaları üzərində işlərin aparılması.
- Cubics platformasından məlumatların export olunması.
Tələblər
- Ali təhsil (Biznesin İdarə edilməsi, İqtisadiyyat, Tətbiqi Riyaziyyat üzrə ali təhsil arzu olunandır).
- Excel üzrə müxtəlif modellərin qurulması və hesabatların hazırlanması üzrə minimum 3 illik iş təcrübəsi.
- Microsoft Excel proqram təminatından yüksək səviyyədə istifadə etmə bacarığı.
- Yüksək səviyyədə azərbaycan dili biliyi; rus dili biliyi arzu olunandır.
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı, detallara diqqət və nəticə yönümlülük.
- Microsoft Excel üzrə sertifikatın olması arzu olunandır.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- İş saatları: 9:00 - 18:00 (həftədə 5 dəfə).
- İş yeri: Bayıl (servis xidməti mövcuddur).
- Könüllü tibbi sığorta.
- Uşaqlara məktəb endirimləri.
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son tarix: Noyabr 30, 2024
What's Your Reaction?