LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə məsləhətçi.

Leznik&Co. şirkəti xaricdə təhsil departamenti üzrə məsləhətçi axtarır. Müraciət etmək üçün tələb olunan şərtlər, iş tələbləri və təqdim edilən imkanlar haqqında ətraflı məlumat burada.

Oct 16, 2024 - 13:23
Oct 16, 2024 - 13:26
 0
LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə məsləhətçi.
LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə məsləhətçi.

Təsvir

  • Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət).
  • Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini həyata keçirmək.
  • Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək.
  • Xaricdə təhsil xidmətləri ilə bağlı müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətləri göstərmək.
  • Xarici universitetlərlə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək.
  • Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək.
  • Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumat vermək.
  • Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq.
  • Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər

  • Ali təhsil.
  • Azərbaycan və ya Rus dilindən birini, həmçinin ingilis dilini sərbəst bilmək və qrammatik düzgün yazının olması.
  • Alman dili – sərbəst.
  • Bu sahədə təcrübə – mütləqdir.
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil.
  • Satış bacarığı.
  • Sorğuların operativ cavablandırılması qabiliyyəti.
  • Kompüter bilikləri: MS Office proqramları.
  • Təşkilatçılıq qabiliyyəti.
  • Zamanın idarə olunması.

Təqdim etdiyimiz iş şərtləri

  • Leznik&Co. ofisində individual iş yeri.
  • Stabil, gecikməyən əmək haqqı.
  • Mütəmadi təlimlər.
  • İş qrafiki: 6 günlük iş rejimi (I - V günlər 10:00 - 18:00 aralığında, şənbə günləri 9:00 - 14:00 aralığında, nahar fasiləsi daxil olmaqla).
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Vakansiya haqqında

  • Son tarix: Oktyabr 30, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow