MKT İstehsalat Kommersiya vakansiya: SƏTƏM mühəndisi.
SƏTƏM mühəndisi vakansiyası üçün müraciət edin! MKT İK MMC, müasir iş mühitində SƏTƏM standartlarına uyğun təcrübəli mütəxəssisləri axtarır. İş imkanlarını kəşf edin və komandamıza qoşulun!
Vakansiya: SƏTƏM Mühəndisi
Şirkət: MKT İK MMC
Ünvan: H.Əliyev 95 (Qafqaz Biznes Mərkəzi)
İş rejimi: Tam ştat
Müraciət tarixi: Bu gün
Son müraciət tarixi: 28 noyabr 2024
Təsvir:
- Əməyin mühafizəsi haqqında normativlərə, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzarət etmək.
- Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət etmək.
- Şirkətin bütün iş yerlərində SƏTƏM xidmətinin işini təşkil etmək və idarə etmək.
- Tabeçiliyində olan işçilərin işlərini effektiv şəkildə təşkil etmək və onlara rəhbərlik etmək.
- İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi, ətraf mühitlə bağlı riskləri qiymətləndirmək və aradan qaldırılması üçün tədbirlər hazırlamaq.
- SƏTƏM üzrə qanunvericilik və standartlarda yenilikləri izləmək və uyğunluğun təmin edilməsi üçün təlimat hazırlamaq.
- Şirkətin regionlardakı vacib nöqtələrində mütəmadi ezama getmək və lazımi tədbirləri həyata keçirmək.
- SƏTƏM fəaliyyətlərinə nəzarət etmək və müntəzəm monitorinqlər keçirmək.
- İşçilərin SƏTƏM normaları və qaydaları üzrə təlimatlandırılmasını təmin etmək.
- Fövqəladə hallara hazırlıq planları hazırlamaq.
- İş yerlərində sanitariya-gigiyena şəraitinin yerinə yetirilməsini nəzarətdə saxlamaq.
- İşçilərin müvafiq qoruyucu vasitələrlə təmin edilməsini təşkil etmək.
- SƏTƏM hadisələrinin səbəblərini araşdırmaq və tədbirlər həyata keçirmək.
- Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadəni təşviq etmək.
- Cəmiyyətin filiallarının aylıq hesabatlarını qəbul etmək və datalarını hazırlamaq.
Tələblər:
- SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi.
- SƏTƏM sahəsində ən azı 5 il iş təcrübəsi.
- SƏTƏM üzrə beynəlxalq akkreditasiya sertifikatları (NEBOSH, IOSH, ISO 45001:2018) olmalıdır. İSO 9001:2015, İSO 14001:2015 sertifikatları üstünlük sayılacaq.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları; ingilis dili biliyi üstünlük sayılacaq.
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook, Power Point) peşəkar istifadə bacarığı.
- Təşkilatçılıq, problem həll etmə və əməkdaşlıq bacarıqları.
- "B" kateqoriyalı sürücülük vəsiqəsi vacibdir.
- Filialların yoxlanması ilə əlaqədar bölgələrə ezamiyyələrə açıq olmalıdır.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında.
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur.
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
What's Your Reaction?