Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).

Aztelekom MMC, Qusar şəhərində energetika üzrə mühəndis vakansiyası təklif edir. Enerji şəbəkələrinin istismarı, elektrik avadanlıqlarının quraşdırılması və texniki göstəricilərin qorunması sahəsində peşəkar təcrübəsi olan namizədlər dəvət olunur. Detalları öyrənmək və müraciət etmək üçün elanımızı nəzərdən keçirin.

Oct 29, 2024 - 12:52
Oct 29, 2024 - 12:54
 0
Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).
Aztelekom vakansiya: Energetika üzrə mühəndis (Qusar).

Təsvir

Energetika üzrə mühəndis aşağıdakı vəzifələri yerinə yetirəcək:

  • Enerji şəbəkəsindəki avadanlıqların normal işini və texniki göstəricilərin qorunmasını təmin etmək.
  • Şöbəyə daxil olmuş sifarişə uyğun yeni elektrik avadanlığının quraşdırılması və enerji işlədici avadanlıqlara elektrik bağlantılarının təşkil edilməsi.
  • Transformatorların istismarına və baxış işlərinə nəzarət.
  • Elektrik qida qurğularının əsaslı təmirə ehtiyacı olduqda mütəxəssis cəlb edilməsi ilə bağlı təkliflərin təqdim edilməsi.
  • Torpaqlanma sistemlərinin baxımı, müqavimət ölçülməsi və hesabatının hazırlanması.
  • Elektrik sistemlərinin istismarı, profilaktikası və yeni qoşulmaların təmin edilməsi.
  • Müvafiq ölçmə işlərinin (kabel izolyasiya müqaviməti və s.) həyata keçirilməsi.
  • Akkumulyatorların istismarı, profilaktikası və təmirinin təşkili.
  • Generatora giriş-çıxış elektrik xətlərinin və AVR sistemlərinin yenilənməsi və istismarı.
  • Elektrik təsərrüfatı üzrə sxemlərin çəkilməsi və məlumatların yenilənməsi.
  • Enerji sistemlərinin monitorinq olunması və quraşdırma işlərinin təşkili.
  • Generator yanacaq sərfiyatının qeydiyyatı və məlumatların rəhbərliyə çatdırılması.
  • Elektrik sayğacının quraşdırılması və düzgün işləməsinin təmin edilməsi.
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin baxımının təşkil edilməsi.

Tələblər

  • Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində ali və ya orta texniki təhsil.
  • Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Avadanlıqların texniki xarakteristikaları, elektrik, montaj, prinsipial və funksional sxemlərini mükəmməl bilmək.
  • İstismar təlimatlarını yaxşı bilmək.
  • MS Office proqramlarını bilməlidir.

Vakansiya haqqında

  • Son tarix: 8 dekabr 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow