Paşa Bank vakansiya: Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis.

Paşa Bank-da Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyası. Back-end proqramçılarının idarə edilməsi, bulud texnologiyaları və proqram təminatlarının inkişafı sahəsində 5 illik təcrübə tələb olunur. Müraciət üçün son tarix: 15 Dekabr 2024.

Nov 5, 2024 - 15:46
Nov 5, 2024 - 15:48
 0
Paşa Bank vakansiya: Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis.
Paşa Bank vakansiya: Back-End Proqramlaşdırma üzrə Baş Mütəxəssis.

Əsas vəzifələr:

  • Back-end proqramçılarının idarə edilməsi və onların təcrübə və biliklərinin artırılması.
  • Proqram təminatları yaratmaq üçün back-end proqram çərçivələrindən istifadə edərək keyfiyyətlitəhlükəsiz həllər hazırlamaq.
  • Məlumatların inteqrasiyasıhadisələrin qeydiyyatı proseslərini həyata keçirmək.
  • Bulud hesablama həlləri və digər texnologiyalarla inteqrasiyaları təşkil etmək.
  • Proqram təminatlarının testlərini təşkil etmək, keyfiyyət yoxlamalarında iştirak etmək.
  • Komanda ilə sıx əməkdaşlıq edərək arxitektural həllər təklif etmək və optimizasiyalar həyata keçirmək.
  • Agile metodologiyası üzrə layihələrin idarə edilməsi və təkmilləşdirilməsi.

Tələblər:

  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Proqram təminatı mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Xarici dil: Yaxşı səviyyədə İngilis dili biliyi.
  • Komputer bilikləri:
    • Java, Kotlin, Golang, Python kimi proqramlaşdırma dillərini mükəmməl səviyyədə bilmək.
    • Verilənlər bazası (SQL, NoSQL) və məlumat strukturları üzrə güclü biliklər.
    • CI/CD, konteynerlər, Multi-Threading, şəbəkə protokolları (RESTful, SOAP, gRPC və s.) üzrə təcrübə.
    • Unit və inteqrasiya testləri tərtib etmək bacarığı.
    • JIRA və ya digər tapşırıq idarəetmə vasitələrindən istifadə təcrübəsi.
    • Versiya nəzarət sistemi (Git) ilə təcrübə.
  • Əlavə tələblər: İdarəetmə və mentorluq bacarıqları, komanda işinə uyumtəhlükəsizlik standartlarına bələd olmaq. Üstünlük verilən sahələr: bankçılıq təcrübəsi, mikroservis arxitekturaları, kod dizayn üsulları.

Son müraciət tarixi: 15 Dekabr 2024

Vakansiya növü: Tam ştat

İş sahəsi: Maliyyə, Biznes və İdarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow