Paşa Bank vakansiya: Kreditlərin bərpası üzrə Baş mütəxəssis axtarılır.
Kreditlərin bərpası üzrə baş mütəxəssis axtarılır! Paşa Bank, problemli kreditlərin idarə olunması, bərpa planlarının hazırlanması və müştəri əlaqələrinin inkişafı sahələrində peşəkar kadrları cəlb edir. Maliyyə, iqtisadiyyat üzrə bakalavr təhsili olan və müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan namizədlər üçün ideal fürsət.
Təsvir:
Kreditlərin bərpası üzrə baş mütəxəssis vəzifəsi, problemli kreditlərlə işin metodologiya və prosedurlarının hazırlanmasını, erkən və sonrakı bərpa proseslərini, həmçinin problemli kreditlərin idarə olunması və restrukturizasiyasını əhatə edir. İlgili vəzifələrə aşağıdakılar daxildir:
- Problemli kreditlərin bərpası üzrə strategiyaların hazırlanması və icrası.
- Kollektor şirkətləri ilə əməkdaşlığın təmin edilməsi.
- Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının verilməsi.
- Müştərilərlə mütəmadi əlaqələrin saxlanılması və onların davranışlarının təhlil edilməsi.
- Məhkəmədən kənar təminatların hərraca çıxarılması və potensial alıcıların müəyyənləşdirilməsi.
- İnvestorlarla əlaqələrin yaradılması və aktivlərin satışının təşkili.
Tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, risk və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Sertifikatlar: Maliyyənin modelləşdirilməsi, ACCA, CFA üzrə sertifikatlara üstünlük verilir.
- Dil bilikləri: İngilis dili (səlis), Rus dili (səlis).
- Kompüter bilikləri: Microsoft Office.
- Biliklər: Bank xidmətləri, kredit məhsulları, B2B satış, əmlak bazarları.
- Başqa tələblər: Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları.
- Texniki biliklər: Məlumatların təhlili, proqnozların analizi, maliyyə mənbələrinin axtarışı.
Kreditlərin bərpası üzrə Baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 noyabr 2024 il.
What's Your Reaction?