Paşa Bank vakansiya: Kreditləşmə üzrə Kiçik Analitik.
Paşa Bank, Kreditləşmə üzrə Kiçik Analitik vakansiyasını elan edir. Əgər siz müştəri xidməti, kredit analizi və bank məhsulları sahəsində təcrübə qazanmaq istəyirsinizsə, bu vakansiya sizin üçündür.
Vakansiya Təsviri:
- Müştərilərlə kommunikasiyanın idarə olunması, satış göstəricilərinə nəzarət və qərarların qəbul edilməsi;
- Korporativ müştəri seqmentləri üzrə mənfəət və zərərə cavabdehlik;
- Kredit sifarişi üçün müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin aparılması;
- Müştəri ehtiyaclarını müəyyənləşdirərək, optimal kredit strukturu və məhsul qarışığını müəyyənləşdirmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud kommersiya müştərilərinin saxlanması;
- Kredit risklərinin qiymətləndirilməsi, limitlərin təyin edilməsi və kredit komitəsinə təqdim olunması;
- Kredit və limitlərin istifadəsinə nəzarət, limitlərin vaxtında yenilənməsi;
- Şəxsi maraqları üstün tutmadan bankın maraqlarını ön planda saxlamaq və müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil: Maliyyə və İqtisadiyyat üzrə;
- İş təcrübəsi: 0-1 il;
- Lisenziya/Sertifikat: ACCA, CFA (üstünlük);
- Xarici dillər: İngilis;
- Kompüter bilikləri: Microsoft Office;
- Texniki biliklər: IFRS;
- Bazar üzrə biliklər: Bank məhsulları.
Kreditləşmə üzrə Kiçik Analitik vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?