Paşa Bank vakansiya: Land-mark şöbəsinin Müştəri meneceri.
Paşa Bank-da Müştəri Meneceri vakansiyası. Karyera fürsətləri, müştəri xidməti və biznes bankçılıq üzrə fəaliyyət. Müraciət edin!
Yerləşmə: Bakı, Azərbaycan
İş Şəraiti: Tam ştat
Müraciət Son Tarixi: 17-11-2024
Vəzifələr:
- Potensial müştərilərə biznes bankçılıq məhsulları və xidmətləri barədə məlumat vermək.
- Hədəflərə çatmaq üçün rəhbərlik tərəfindən müəyyən edilmiş aylıq göstəricilərə uyğun fəaliyyət göstərmək.
- Portfeldə olan müştərilərlə yüksək səviyyədə münasibətlər qurmaq.
- Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmət göstərmək.
- Müştərilərin kredit müraciətləri zamanı ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə əməkdaşlıq etmək.
- Kredit Risklərin Anderraytinqi departamenti ilə müzakirələr apararaq, analizin detallı aparıldığını sübut etmək.
- Müştəri ilə görüşlərin təşkilini təmin etmək.
- Fəaliyyətinizlə bağlı rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.
- Kreditlərin geri ödənilməsinə nəzarət etmək və müştəri ilə problemlərin həlli yollarını axtarmaq.
- Müştəri portfelinin mənfəətliliyinə nəzarət etmək.
- Yeni müştərilərin cəlb edilməsi prosesini müvafiq prosedurlara uyğun həyata keçirmək.
- Bankın prosedurlarını və strategiyasını öyrənərək, onlara müvafiq fəaliyyət göstərmək.
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə üzrə.
- İş təcrübəsi: KOS Bankçılıq sahəsində 1-3 il.
- Xarici dillər: İngilis dili, Rus dili.
- Kompüter bilikləri: Microsoft Office.
- Bank məhsulları üzrə biliklər.
https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-land-mark-sobesinin-musteri-meneceri/apply müraciyət üçün link.
What's Your Reaction?