Paşa Bank vakansiya: Özəl Bankçılıq üzrə Assistent axtarılır.
Paşa Bank Özəl Bankçılıq üzrə Assistent vakansiyası üçün işə qəbul elan edir. Uyğun namizədlər müştərilərə peşəkar xidmət göstərmək, bank məhsullarını təqdim etmək və filialda dəstək verməklə bağlı işlərlə məşğul olacaqlar.
Vəzifə öhdəlikləri:
- Müştərilərin bankdaxili və xarici qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi.
- Müştəri loyallığını qorumaq üçün müsbət münasibətlərin qurulması və saxlanılması.
- Bütün kommunikasiya vasitələrindən istifadə edərək bank xidmətləri və məhsulları ilə bağlı tədbirlərin həyata keçirilməsi.
- Gündəlik tapşırıqların yüksək səviyyədə və vaxtında icrasının təmin edilməsi.
- Müştəri məlumatlarının məxfiliyinin qorunması və komplayns tələblərinə uyğun əməliyyatların yerinə yetirilməsi.
- Mümkün saxtakarlıq halların aşkarlanması və müvafiq struktur bölmələrə yönəldilməsi.
- Sənəd və hesabatların dəqiqliklə tamamlanması və arxivləşdirilməsi.
- Filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi.
- Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi.
Tələblər:
- Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: 0-1 il müvafiq sahədə iş təcrübəsi.
- Dillər: Azərbaycan dili (yüksək səviyyədə), Rus dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə).
- Kompüter bilikləri: Microsoft Office (Excel, Word).
- Məhsul və bazar üzrə biliklər: Müvafiq daxili siyasətlər, prosedurlar, bank məhsulları və xidmətləri, qanunvericilik bilikləri.
- Başqa tələblər: Hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Vakansiya haqqında əlavə məlumatlar:
- Son müraciət tarixi: 13 Noyabr 2024
- Vəzifə növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Özəl Bankçılıq üzrə Assistent vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 noyabr 2024 il.
What's Your Reaction?