PAŞA Property Management vakansiya: Elektrik Mühəndisi.
Paşa Property Management elektrik mühəndisi axtarır. Elektrik mühəndisliyi üzrə ali təhsil və 5 il iş təcrübəsi olan namizədlər üçün ideal imkanlar təqdim olunur. Texniki xidmət və elektrik quraşdırma sahəsində mütəxəssis olmaq istəyirsinizsə, müraciət edin!
İşin Təsviri:
- Şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək;
- Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək məqsədilə şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm planlaşdırılmış texniki xidmət göstərmək;
- Ehtiyac olduqda reaktiv texniki xidmət təqdim etmək və prioritetlərə uyğun işləmək;
- Yerli standartlara uyğun elektrik quraşdırma işlərini icra etmək;
- Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri dəqiq və vaxtında doldurmaq;
- Ehtiyac olduğu halda xarici podratçılarla əlaqə saxlamaq və dəstək vermək;
- Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq;
- Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq;
- Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək;
- Texniki məsələləri müştərilər və təchizatçılarla birgə işləyərək aydınlaşdırmaq;
- Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq;
- Digər komanda üzvlərinin inkişafına dəstək vermək;
- Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq;
- Avadanlıqlara texniki istismar xidməti göstərmək;
- Layihələrə müvafiq normalara uyğun nəzarət etmək və hesabat vermək;
- Sahədə işlərin layihə ilə uyğunluğunu yoxlamaq.
Tələblər:
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Fit-out sahəsində minimum 5 il iş təcrübəsi;
- Tikinti normativ aktları (AzS, EN, NFPA, Ashre və s.) barədə biliklər;
- Memarlıq təsvirlərini oxumaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
- Kompüter bacarıqları: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmə bacarığı, daim inkişafa yönümlü olmaq;
- Mexaniki biliklərə üstünlük verilir.
Son tarix:
Noyabr 10, 2024
Kateqoriya:
Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?