PMD Group vakansiya: Sənədlərə nəzarət üzrə mütəxəssis.
PMD Group MMC, Port Baku Towers-də yerləşən ofisimizdə Sənədlərə Nəzarət Üzrə Mütəxəssis vakansiyası üçün müraciətləri qəbul edir. Sənəd idarəetməsi, sənəd mübadiləsi və hüquqi sənədlərlə işləmə bacarıqlarına malik peşəkarlar axtarırıq.
Vəzifələr:
- Şirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək.
- Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək.
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq.
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək.
- Sənəd mübadiləsinin şirkət daxili sənədlərə nəzarət proseduruna və İSO 9001 standartına uyğun aparmaq.
- Komanda üzvlərinə vaxtı keçmiş sənədlər haqqında bildiriş göndərmək.
- Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq.
- Sifarişçi, podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək.
- Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək.
- Sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək.
- Təsdiq olunmuş tender tələbnaməsinə uyğun tender sənədlərini toplamaq (uyğunluğunun yoxlanılması, çapa vermək, razılaşdırmaq, aidiyyəti üzrə bölüşdürmək və serverə yerləşdirmək).
- Təsdiq olunmuş müqavilənin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata salınması, aidiyyəti üzrə bölüşdürülməsi.
- Tələb olunan vaxtda və formada müxtəlif sənəd yoxlanılması hesabatlarını Aconex sistemi üzərindən hazırlamaq.
- Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək.
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil.
- Mülki-sənaye tikinti sahəsində sənədlərə nəzarət üzrə azı 2 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır.
- Kompüter bacarıqları: MS Office – yaxşı, Aconex, 1C – arzuolunandır.
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı.
- Komandada işləmək və ünsiyyət bacarığı.
Sənədlərə nəzarət üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?