PMD Group vakansiya: Tikinti xərcləri üzrə nəzarətçi.

PMD Group MMC, Port Baku Towers, Bakı, Azərbaycan ünvanında Tikinti xərcləri üzrə nəzarətçi vakansiyası təqdim edir. Tikinti, maliyyə dəyərləndirilməsi, layihə qiymətləri, iş təcrübəsi. İddiaçılar, müvafiq ixtisas və ən azı 10 illik iş təcrübəsinə malik olmalıdır. Müraciət tarixini qaçırmayın!

Sep 30, 2024 - 12:19
Sep 30, 2024 - 12:29
 0
PMD Group vakansiya: Tikinti xərcləri üzrə nəzarətçi.
PMD Group vakansiya: Tikinti xərcləri üzrə nəzarətçi.

Vəzifə Öhdəlikləri

  • Maliyyə dəyərləndirilməsi aparılması və rəhbərliyə təqdim olunması.
  • Baş Podratçı tərəfindən təqdim olunmuş layihə qiymətlərinin təhlili.
  • Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik edilməsi.
  • Layihənin tələblərinə uyğun icra olunmuş işlərin ölçülməsi və təhlili.
  • Tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması.
  • Baş Podratçının təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili.
  • Layihənin tələblərinə uyğun olaraq ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması.
  • Baş Podratçı tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması.
  • Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması.
  • Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası.
  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması.
  • Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.

Tələblər

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
  • Oxşar vəzifədə azı 10 il iş təcrübəsi; mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta.
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD.
  • Detallara qarşı diqqətcil olmaq.
  • Komanda ilə işləmək bacarığı.

Vakansiya Haqqında

  • Son tarix: Noyabr 29, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Tikinti və Daşınmaz əmlak

Tikinti xərcləri üzrə nəzarətçi vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow