Rabitəbank vakansiya: Bakı filialları üzrə Universal işçi axtarılır.
"Rabitəbank ASC Bakı filialı Universal işçi vakansiyası elan edir. Bank sahəsində karyeranıza uğurla başlamaq və peşəkar komandanın bir hissəsi olmaq üçün müraciət edin.
Vəzifə öhdəlikləri:
- ARMB-nin və bankdaxili prosedurlara uyğun olaraq fiziki şəxslərə xidmət göstərmək;
- Bank məhsullarının və xidmətlərinin satışını həyata keçirmək;
- Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
- Müvafiq bank tələblərinə uyğun müştəriləri cəlb etmək;
- İstehlak krediti üçün müraciət edən müştərilərin kredit müraciətlərini təhlil etmək;
- Müştərinin maliyyə analizini aparmaq və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil (iqtisadi sahədə olması üstünlükdür);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (İngilis dili arzuolunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət bacarığı, komandada işləmə və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlər.
Son müraciət tarixi: 2 Noyabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Bakı filialları üzrə Universal işçi vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.
What's Your Reaction?