Rabitəbank vakansiya: Pentester axtarılır.

“Rabitəbank” ASC Pentester vakansiyası elan edir. Kiber Təhlükəsizlik şöbəsində işə qəbul üçün şəbəkə, veb və mobil tətbiqlərin nüfuzetmə testləri üzrə 1 il iş təcrübəsi olan, Windows və Linux əməliyyat sistemləri üzrə biliklərə malik mütəxəssis axtarılır.

Sep 13, 2024 - 12:10
Sep 13, 2024 - 12:12
 0
Rabitəbank vakansiya: Pentester axtarılır.
Rabitəbank vakansiya: Pentester axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Şəbəkə nüfuzetmə testlərinin aparılması;
  • Fişinq simulyasiyası və red teaming testlərinin aparılması;
  • Veb tətbiqlərin və API-lərin nüfuzetmə testlərinin aparılması;
  • Mobil tətbiqlərin nüfuzetmə testlərinin aparılması;
  • Aşkar edilən boşluqlar və onların aradan qaldırılması üzrə hesabatların hazırlanması.

Tələblər:

  • İnfrastruktur və Veb/Mobil nüfuzetmə testləri üzrə minimum 1 il iş təcrübəsi;
  • Əməliyyat sistemləri və şəbəkə boşluqlarının aşkarlanmasına dair biliklər;
  • Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
  • Veb və mobil tətbiqlərdə təhlükəsizlik boşluqlarının aşkarlanmasına dair biliklər;
  • Sahə üzrə müvafiq sertifikatlara (CRTO, OSCP, GPEN, CPTS və s.) sahib olmaq arzuolunandır.

Vakansiya Haqqında:

  • Son tarix: Oktyabr 23, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Pentester vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow