REGENCY Consulting & Tax Solutions vakansiya: Kadr işləri üzrə mütəxəssis.
Kadr işləri üzrə mütəxəssis vakansiyası, REGENCY Consulting & Tax Solutions MMC-də əmək müqavilələrinin idarə edilməsi, statistika hesabatlarının hazırlanması və müştəri sorğularının icrası üçün ideal bir fürsətdir.
İş barədə məlumat: Şirkətimizdə işçilərin yaradıcılığı və ideyaları rəhbərlik tərəfindən dəstəklənir. Bizimlə çalışaraq, karyeranızda fərq yaratmaq imkanı əldə edəcəksiniz. Aşağıdakı iş funksiyalarını yerinə yetirəcəksiniz:
- Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi
- Əmrlərin, ərizələrin, arayışların hazırlanması
- Əmək haqqı kartı sifarişlərinin verilməsi
- Tabellərin tərtib edilməsi
- 1C proqramında əməliyyatların icrası
- Sosial məzuniyyətlərə dair əməliyyatların icrası
- Aylıq, rüblük statistika hesabatlarının verilməsi
- İcbari sığorta müqavilələrinin bağlanması
- Kadr sənədlərinin uçotunun aparılması
- Müştəri sorğularının icrası
İş şəraiti:
- Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
- Korporativ mobil nömrə
- Sınaq müddəti: 1 həftə (ödənişsiz)
Namizədə tələblər:
- İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi
- Microsoft Office proqramları ilə işləmə bacarığı
- Əmək Məcəlləsi ilə bağlı nəzəri biliklər
- ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili üstünlükdür)
Müraciət: Namizədlərdən "cv"lərini cv@rcts.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində "Kadr işləri üzrə mütəxəssis - Vakansiyanın əldə olunduğu mənbənin adı" yazılmalıdır.
What's Your Reaction?