Sağlam Ailə vakansiya: Həkim-laborant (mikroskopiya üzrə Nərimanov filialı).
Həkim-laborant (mikroskopiya üzrə) vakansiyası, Nərimanov filialı. Ali tibbi təhsili olan və müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığına sahib həkim-laborant axtarılır. Əmək haqqı razılaşma yolu ilə. Həkim-laborant vakansiyası barədə ətraflı məlumat.
Vəzifə Öhdəlikləri:
- Müayinələr, avadanlıqlar və işçi təlimatlarını əsas tutaraq laborator müayinələr aparmaq;
- Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasına iştirak etmək;
- Laborator müayinələrin təlimatlara uyğunluğunu, avadanlıqlardan düzgün istifadəsini və reaktivlərdən səmərəli istifadəni nəzarət etmək.
İş Qrafiki:
- 6 gün (həftəlik 36 saat);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq;
- Özünüz və ailə üzvlərinizə tibbi xidmətlərdən istifadə üçün güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Tələblər:
- Ali tibbi təhsil (laboratoriya işi ixtisası üzrə);
- Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Məsuliyyətli və komandada işləmə bacarığı.
Müraciət Üçün:
CV-nizi [email protected] elektron ünvanına, “Həkim-mikroskopist” başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun olan namizədlər dəvət olunacaq.
What's Your Reaction?