Sahibkarlığın İnkişafı Fondu vakansiya: Daxili audit şöbəsinin aparıcı mütəxəssisi.
Sahibkarlığın İnkişafı Fondu Bakı şəhərində Daxili Audit Şöbəsinin aparıcı mütəxəssisi vakansiyası elan edir. İqtisadiyyat, maliyyə və hüquq sahələrində ali təhsil almış, audit sahəsində ən azı 1 il təcrübəsi olan şəxslər müraciət edə bilərlər. 15.12.2024-dək müraciət qəbul edilir.
Vəzifə Təsviri:
- Fondun struktur bölmələrində daxili auditin keçirilməsi üzrə illik plan və qrafikin hazırlanmasında iştirak etmək;
- Daxili audit planının (proqramının) hazırlanması, yoxlanılacaq işlərin həcminin və sənədlərin təyin edilməsində iştirak etmək;
- Struktur bölmələrinin auditini təşkil edərək, audit zamanı aşkar edilmiş uyğunsuzluqları təfsilatlı şəkildə əks etdirən hesabatlar hazırlamaq;
- Müvafiq normativ hüquqi aktlara və daxili qaydalara riayət olunmasını yoxlamaq, fəaliyyət və əməliyyatların uyğunluğunu təmin etmək;
- Daxili auditin keçirildiyi struktur bölmələrinə tövsiyə olunan tədbirlər planı hazırlamaq və tədbirlərin icrasına nəzarət etmək;
- Kənar auditorlardan gələn sorğulara operativ və dəqiq cavab vermək, həmçinin onların təklif etdiyi tədbirlər əsasında fəaliyyət planları hazırlamaq;
- Şöbənin iş planının hazırlanmasında iştirak etmək, fəaliyyətlə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
- Əldə etdiyi xüsusi məlumatların məxfiliyini təmin etmək.
Xüsusi Tələblər:
- Təhsil: İqtisadiyyat, Maliyyə, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil;
- İş Təcrübəsi: Audit, maliyyə və ya əlaqəli sahələr üzrə minimum 1 il iş təcrübəsi;
- Texniki Bacarıqlar: MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Təhliletmə və araşdırma bacarığı;
- Güclü ünsiyyət və komandada işləmə bacarığı;
- Dil Bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (İngilis və Rus dili bilikləri üstünlükdür).
Əmək haqqı: Razılaşma yolu ilə
Məşğuliyyət: Tam iş günü
İş Yeri: Bakı
Son Müraciət Tarixi: 15.12.2024
Vakansiyaya müraciət etmək istəyən namizədlər öz CV-lərini hr@edf.gov.az ünvanına göndərə bilərlər. Məktubun mövzu sətrində “Daxili audit şöbəsinin aparıcı mütəxəssisi” qeyd olunmalıdır.
What's Your Reaction?