UBER vakansiya: Satış Mütəxəssisi axtarılır.
Bakıda Uber sürücülərinin Qeydiyyat Mərkəzi, satış mütəxəssisi vakansiyasını elan edir. Müştəri xidməti sahəsində aktiv və məsuliyyətli namizədlər axtarılır. Əmək müqaviləsi, tibbi sığorta və bonus imkanları ilə əməkdaşlıq. CV-lərinizi e-mail ilə göndərin.
İş barədə məlumat:
- Şirkət xidmətlərinin satışını həyata keçirmək;
- Müştərilərlə telefon və digər rabitə vasitələrilə, həmçinin əyani danışıqlar aparmaq;
- Potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək;
- Görülmüş işlər barəsində gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək;
- Yaxşı göstəricilər əldə edildikdə əlavə bonuslar təqdim olunur;
- Əməkdaşlıq rəsmi əmək müqaviləsi əsasında həyata keçirilir;
- İşçilər tibbi sığorta ilə təmin olunur;
- Həftə içi 5 iş günü.
Namizədə tələblər:
- İşində aktiv və ciddi olmalı;
- Verilən tapşırıqlara məsuliyyətli yanaşmalı;
- İnsanlarla ünsiyyət qurmağı bacarmalı;
- Gərgin vəziyyətdə özünü idarə etmək bacarığı yüksək olmalıdır;
- Azərbaycan dilində səlist danışıq qabiliyyətinə malik olmalı;
- Orta səviyyədə kompüter bilikləri zəruridir;
- Özünə inam və güvən mütləqdir.
Əlaqə:
Maraqlanan şəxslər, yalnız e-mail vasitəsilə CV-lərini ([email protected]) göndərə bilərlər.
Bitmə tarixi: 27 Noyabr 2024
Əlaqədar şəxs: Nigar xanım
Telefon: (012) 409-78-73, (055) 207-86-27
What's Your Reaction?