Unibank vakansiya: Android Developer axtarılır.
Unibank Kommersiya Bankı Android Developer axtarır. Mobil tətbiqetmə sahəsində 3 illik təcrübə, Kotlin, REST, Clean code biliyi ilə müraciət et. Yeni sistemlər, proqram dəstəyi, problem həlli imkanları.
Təsvir
Android Developer, Unibank, mobil tətbiq, proqram vasitələri, müasir texnologiyalar.
- Yeni sistemlərin yaradılması.
- Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi.
- Biznesin sifarişinə uyğun olaraq mövcud mobil əlavələri yeni qoyulan tələblərə uyğunlaşdırmaq.
- Mövcud sistemlərin işinin davamlı olması üçün yaranan problemlərin həll edilməsi.
Tələblər
- Android (Kotlin) platformasında mobil tətbiqetmələrin yazılması üzrə ən azı 3 il iş təcrübəsi (Gradle və Android Studio bilikləri).
- Təmiz kod (Clean code) təcrübəsi.
- Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST və JSON işləmə prinsipləri barədə biliklər.
- MVVM, Clean və digər müasir strukturları anlama bacarığı.
- Android application architecture və Android Memory Management bilikləri.
- HTTP/TCP/UDP, Multithreading & Concurrency bilikləri.
- RxJava və ya RxKotlin bilikləri.
- Dagger 2, Koin və ya Hilt bilikləri.
- Git ilə işləmə bacarığı.
- Testlərin yazılma bacarığı arzuolunandır (JUnit, Espresso).
- Komandada işləmə təcrübəsi.
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması.
Vakansiya Haqqında
- Son tarix: Dekabr 2, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?