Azərbaycan Hava Yolları vakansiya: Biznes Analitik (İT)/Loyallıq İdarəsi.

"Azərbaycan Hava Yolları" QSC, Biznes Analitik (İT)/Loyallıq İdarəsi vəzifəsinə müraciət qəbul edir. Yüksək səviyyədə təcrübəsi olan şəxslər üçün əla imkan. Müvafiq sahədə 2 il iş təcrübəsi tələb olunur.

Oct 23, 2024 - 14:07
Oct 23, 2024 - 14:09
 0
Azərbaycan Hava Yolları vakansiya: Biznes Analitik (İT)/Loyallıq İdarəsi.
Azərbaycan Hava Yolları vakansiya: Biznes Analitik (İT)/Loyallıq İdarəsi.

Təsvir:

  • Məhsul şərtlərinin komanda ilə birgə hazırlanması;
  • Məhsulun qurulma və inkişaf planının tərtib olunması;
  • Məhsul üçün düzgün təhlil hesabat formaları, bazar araşdırması, sorğu və fokus qrupların hazırlanması;
  • Məhsulun inkişafı üçün müvafiq backlogun tərtib olunması;
  • Məhsul üzrə kampaniyaların hazırlanması və təsdiq edilməsi;
  • Məhsulun kommunikasiya işinin müvafiq strukturlarla təşkil olunması.

Tələblər:

  • Ali təhsil; bakalavr (magistr üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili - əla, İngilis və Rus dilləri - əla;
  • Yüksək təqdimat və müvafiq hesabatları rəhbərliyə təqdim etmə bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Təşkilatın və strukturun strategiyasını və vizyonunu anlama bacarığı;
  • Məhsul üzrə biznes metriklərin təyin edilməsi;
  • İT və İdarəetməyə aid əlavə sertifikatlar üstünlükdür;
  • Yüksək planlama və prioritetləşdirmə bacarığı;
  • Microsoft Office bilikləri;
  • Komanda ilə işləmə qabiliyyəti.

İş Şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında:

  • Son müraciət tarixi: Noyabr 2, 2024;
  • Vakansiya növü: Tam ştat;
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow