Unibank vakansiya: Elektron Ticarət sisteminin inzibatçısı (Ödəniş kartları və Prosessinq departamenti).

Unibankda Elektron Ticarət sisteminin inzibatçısı vakansiyası açıldı. Onlayn ödəmələr, SSL sertifikatları və veb serverlər sahəsində təcrübəsi olan mütəxəssislər müraciət edə bilərlər.

Nov 25, 2024 - 10:37
Nov 25, 2024 - 10:39
 0
Unibank vakansiya: Elektron Ticarət sisteminin inzibatçısı (Ödəniş kartları və Prosessinq departamenti).
Unibank vakansiya: Elektron Ticarət sisteminin inzibatçısı (Ödəniş kartları və Prosessinq departamenti).

Vakansiyanın Təsviri və Vəzifələr:

Elektron Ticarət sisteminin inzibatçısı vəzifəsinə qəbul olunan şəxsin əsas vəzifəsi, onlayn ödəmələr (E-commerce) sisteminin stabil işləməsini təmin etməkdir. Bununla yanaşı, aşağıdakı tapşırıqları yerinə yetirməsi tələb olunur:

  • Yeni dəyişikliklərin quraşdırılması və mövcud sistemdəki konfiqurasiyaların yenilənməsi.
  • Yeni merçantların və konfiqurasiyaların yaradılması.
  • Onlayn ödəmə sisteminə yeni saytların və ya servislərin inteqrasiyasının həyata keçirilməsi.
  • Sistemin stabil işləməsinin təmin edilməsi, texniki problemlərin və ya yeni funksionallıqların ödəniş sistemləri və ya vendorlarla aradan qaldırılması və ya realizasiya edilməsi.

Tələblər:

  • Ali təhsil (Tətbiqi riyaziyyat, kompüter elmləri, informatika və ya bu sahəyə aid ixtisaslar arzuolunandır).
  • Veb serverlər (əsasən Apache Tomcat) üzrə biliklər.
  • SSL sertifikatları barədə məlumat və onların konfiqurasiyası (sertifikatların yaradılması və konfiqurasiya olunması).
  • İngilis dili üzrə ən azı "upper-intermediate" səviyyədə bilik.
  • Stressə davamlılıq və çətin vəziyyətlərdə düzgün qərar vermə bacarığı.

Vakansiya haqqında Ətraflı Məlumat:

  • Vakansiya növü: Tam ştat
  • Vakansiyanın yerinə yetiriləcəyi ünvan: 55 Rashid Behbudov St, Baku, Azərbaycan
  • Son müraciət tarixi: 2 yanvar, 2025
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow