Unibank vakansiya: Kassa xidmətləri üzrə kiçik mütəxəssis.

Unibank Kommersiya Bankı kassa xidmətləri üzrə kiçik mütəxəssis axtarır. Ali təhsil, Azərbaycan dilində sərbəst danışıq bacarığı və MS Office proqramlarında işləmə bacarığı tələb olunur.

Sep 20, 2024 - 13:10
Sep 20, 2024 - 13:13
 0
Unibank vakansiya: Kassa xidmətləri üzrə kiçik mütəxəssis.
Unibank vakansiya: Kassa xidmətləri üzrə kiçik mütəxəssis.

Təsvir

Kassa xidmətləri üzrə kiçik mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirəcək:

  • Kassa əməliyyatlarının həyata keçirilməsi;
  • Kassa üzrə müxtəlif hesabatların tərtib edilməsi;
  • Müştərilərə xidmətin göstərilməsi, mədaxil və məxaric sənədlərinin işlənilməsi;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dilini bilmək arzu olunandır);
  • MS Excel, MS Word, Outlook proqramları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya Haqqında

  • Son tarix: Oktyabr 30, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

Kassa xidmətləri üzrə kiçik mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow