Unibank vakansiya: Kassa xidmətləri üzrə könüllü axtarılır.

Unibank Kommersiya Bankı kassa xidmətləri üzrə könüllü vakansiyası üçün müraciət qəbul edir. 3 aylıq proqramda iştirak etməklə, kassa əməliyyatları və müştəri xidməti sahəsində təcrübə qazanın.

Sep 20, 2024 - 11:56
Sep 20, 2024 - 11:59
 0
Unibank vakansiya: Kassa xidmətləri üzrə könüllü axtarılır.
Unibank vakansiya: Kassa xidmətləri üzrə könüllü axtarılır.

Təsvir: Bu proqram 3 ay müddətində davam edir. İştirakçılar full və ya part-time işləmə imkanı əldə edirlər. Vakansiya çərçivəsində kassa əməliyyatlarının həyata keçirilməsi, müxtəlif hesabatların tərtib edilməsi, mədaxil və məxaric sənədlərinin işlənilməsi, habelə müştərilərə xidmətin göstərilməsi kimi vəzifələr yerinə yetiriləcək. Həmçinin, digər inzibati işlərin görülməsi də gözlənilir.

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dilini bilmək arzu olunandır)
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı
  • Müştərilərlə işləmək qabiliyyəti
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • Müştəri yönümlülük

Son tarix: 29 Oktyabr 2024
Vakansiya növü: Könüllü
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Kassa xidmətləri üzrə könüllü vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow