Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə Aparıcı mütəxəssis.

Unibank Kommersiya Bankı kiber hücumların simulyasiyası üzrə aparıcı mütəxəssis axtarır. Təşkilatın təhlükəsizliyini təmin etmək üçün kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssislərin müraciət etməsi tövsiyə olunur.

Oct 2, 2024 - 12:55
Oct 2, 2024 - 12:58
 0
Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə Aparıcı mütəxəssis.
Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə Aparıcı mütəxəssis.

Vəzifələr

  • Təşkilatın veb tətbiqlərinin və servislərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi.
  • Təşkilatın mobil tətbiqlərinin periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi.
  • Təşkilatın kompüterlərinin və serverlərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi.
  • Aşkar edilən boşluqlar haqqında bilgiləndirici reportların hazırlanması.
  • Periodik olaraq simulyasiya testlərinin yerinə yetirilməsi.
  • Şəbəkə və bulud cihazlarının periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi.
  • Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqların aşkar edilməsi.
  • Simsiz və simli şəbəkələri şəbəkə hücumlarına qarşı sınamaq.
  • Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərini dayanıqlığa sınamaq.

Tələblər

  • Ali təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Kompüter Elmləri).
  • Magistr dərəcəsinə üstünlük veriləcək.
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür).
  • Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 2-3 illik iş təcrübəsi.
  • Tapılmış zəifliklərin nümayişi üçün "PoC exploit" tərtibatı bacarığı.
  • Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. kimi testinq alətləri ilə təcrübə.
  • Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi.
  • Boşluqların bağlanılmasına dair nəzarət etmək qabiliyyəti.
  • Qərarvermə qabiliyyəti.
  • Peşəkar sertifikatlara (OSCP, OSWP, OSEP, OSED, Comptia Security+, CEH və s.) üstünlük verilir.
  • Bash, Python, Javascript, C++, Powershell və s. kimi dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptlərin nəzərdən keçirilməsi, dəyişdirilməsi və yaradılması bacarığı.
  • Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı.

Vakansiya Haqqında

  • Son tarix: Noyabr 10, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Kiber hücumların simulyasiyası üzrə Aparıcı vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 10 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow